xəbərlər

TİBB YENİLİKLƏRİ

karyera.jpg

“Health Group”un kadr siyasəti “keyfiyyətli xidmət ancaq keyfiyyətli kadrlarla və keyfiyyətli iş şəraitində mümkündür” prinsipinə əsaslanır.

Professional kadrların yetişdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu proses işçilərin işə qəbul olunması zamanı onların seçilməsindən başlayaraq peşəkar səviyyəyə çatana qədər davam edir. Bu məqsədlə şirkətdə davamlı və mütəmadi təlimlər keçirilir. Təlimlər həm “Health Group“, həm də kənardan dəvət olunmuş professional təlim şirkətlərinin mütəxəssisləri tərəfindən aparılır. Təlimlər əczaçılığın əsasları, əczaçılıq marketinqi, faydalı ünsiyyət və s. kimi mövzuları əhatə edir.

“Health Group” şirkəti işçilərin mütəxəssis kimi inkişaf etdirilməsi ilə yanaşı, gənc kollektivin mədəni, aktiv istirahətlərinin təşkil olunmasında və asudə vaxtlarının səmərəli dəyərləndirilməsində iştirak edir. Müəyyən idman tədbirlərinin, tarixi və mədəniyyət abidələrinə ekskursiyaların, teatr və konsertlərə birgə ziyarətlərin təşkili buna xidmət edir.

Bu gün “Health Group”un əməkdaşları “Sağlam həyat naminə” devizi altında birləşmiş mehriban bir kollektivdir.