haqqımızda

ÜMUMİ MƏLUMAT

2019-cu ildən fəaliyyət göstərən “Health Group” MMC əhalini yüksək keyfiyyətli dərmanlar, tibbi ləvazimatlar və qida əlavələri ilə təmin edir. İnsanların sağlamlığını düşünərək, onların həyat keyfiyyətini artırmağı qarşısına məqsəd qoyan şirkət tibbi məhsulların ölkəmizə idxalı və satışı ilə məşğuldur.

“Health Group” şirkəti hal-hazırda bir sıra aparıcı dərman istehsalçılarının rəsmi distribyutorudur. Qısa bir dövr ərzində şirkət tanınmış mütəxəssislərin rəğbətini qazanmış və Azərbaycan bazarında layiqli yer tutmuşdur.

Çalışdığı sektorda dinamik inkişafı ilə diqqət mərkəzində olan “Health Group” aparıcı mütəxəssislərin fikrinə və istehsal prosesinin keyfiyyətinə xüsusi diqqət ayırır. Şirkətin xarici partnyorları şirkət mütəxəssislərinin professionallıq səviyyəsinin artırılmasında yaxından iştirak edirlər. Tez-tez təşkil olunan görüşlər Azərbaycanın daha yaxından tanınmasına, partnyorlarla bizneslə başlayan əlaqələrin dostluq əlaqələrinə doğru inkişafına kömək edir. “Health Group” ölkə daxilində keçirilən elmi-praktik konfransların və digər tədbirlərin fəal iştirakçılarından biridir.

Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşların lazımi tibbi məhsullarla tez, çevik və səmərəli şəkildə təmin edilməsi də şirkətin əsas məqsədlərindən biridir. Buna əsaslanaraq regionlarda nümayəndələr çalışır ki, bu da bütün ölkə ərazisinə dərmanların vaxtında çatdırılmasını təmin edir.


Daim təcrübəli əməkdaşların axtarışındayıq

BİZƏ QOŞULUN